Əsas Səhifə > Dünya > Ərdoğan ABŞ-ın Suriyaya göndərdiyi silah yükünün miqdarını açıqlayıb
Ərdoğan ABŞ-ın Suriyaya göndərdiyi silah yükünün miqdarını açıqlayıb5-10-2018, 10:50 |
“Vaşinqton Suriyadakı terrorçuları 19 min yük maşınının daşıdığı silah-sursatla təchizatlandırıb” SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib. Türkiyə prezidenti İstanbulda keçirilən forumda çıxışı zamanı Türkiyədəki qüvvələrin çıxma zamanına da toxunub. O vurğulayıb ki, Suriyada xalq seçkilər keçirməyənə qədər Türkiyə öz qüvvələrini buradan çıxarmayacaq. Rusiya və İranla birgə İdlibdə terror birləşmələrinin zərərsizləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirən Türkiyə prezidenti ölkəsində olan 3 milyon qaçqınların da öz yurduna dönməsi üçün işlərin aparıldığını əlavə edib. Geri qayıt |