Əsas Səhifə > Dünya > Putin `S-300`ləri Əsədə pulsuz verib
Putin `S-300`ləri Əsədə pulsuz verib9-10-2018, 10:02 |
Rusiya səkkiz buraxılış qurğusu ilə təmin olunmuş 3 divizyon "S-300" zenit-raket kompleksini Suriyaya təmənnasız verib. FaktXəbər bildirir ki, bu barədə "TASS" hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Suriyaya raket kompelksi ilə yanaşı hər divizyon üçün 100 ədəd zenit idarə olunan raket də gətirilib. Qeyd edək ki, Suriyaya "S-300" RƏM sisteminin yerləşdirilməsi Rusiyaya məxsus "İl-20" təyyarəsinin İsrailin təqsiri ucbatından vurulmasından sonra reallaşıb. Geri qayıt |