Əsas Səhifə > Dünya > “Menbiç anlaşması ölməyib”

“Menbiç anlaşması ölməyib”


11-10-2018, 11:03
“Menbiç anlaşması ölməyib”
"ABŞ və Türkiyə arasında əldə olunan Menbiçə dair yol xəritəsinin icrasında gecikmə var, amma bu, Menbiç planının tamamilə ölü vəziyyətdə olduğu anlamına gəlmir"
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Menbiç məsələsində gecikmə var. Bununla belə, ortaq təlimlər başlayıb. YPG-dən təmizləndikdən sonra Menbiçi idarə edəcək şəxslərin seçilməsi barədə işlər davam etdirilir. Bir gecikmə var, amma anlaşma tamamilə ölü vəziyyətdə deyil. ABŞ dövlət katibi Pompeo və müdafiə naziri Mettis də konkret addımlar atacaqlarını söyləyirlər” – Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə və ABŞ hərbçiləri bu həftədən başlayaraq Suriyanın Menbiç bölgəsində birgə patrul aparmaq üçün ortaq təlimlərə start veriblər.

Geri qayıt