Əsas Səhifə > Dünya > ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır

ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır


13-10-2018, 09:53
ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır
ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin fəaliyyətinin araşdırıldığını söyləyib.

"Report"un məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Məlumata görə, FETÖ rəhbəri Gülənlə bağlı sorğu aparıldığını bəyan edən senator nəticənin necə olacağını səbirsizliklə gözlədiklərini bildirib.

Qeyd edək ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə bir neçə ay əvvəlki görüşündə Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini və digər məsələləri müzakirə ediblər.

Geri qayıt