Əsas Səhifə > Dünya > Roma Papası Fransisk KXDR-ya səfər etmək istəyir
Roma Papası Fransisk KXDR-ya səfər etmək istəyir15-10-2018, 08:23 |
Roma Papası Fransisk 2019-cu ilin yazında Koreya Xalq Demokrtaik Respublikasına (KXDR) səfər etmək istəyir. Trend-in məlumatına görə, bu barədə "Yonhap News" agentliyinə Cənubi Koreyanın hakim Demokrtaik partiyasının rəhbəri Li Xve Çxan bildirib. Agentliyin məlumatında deyilir: "Li Xve Çxan bildirib ki, onda olan məlumata görə, Roma Papası gələn yaz Şimali Koreyaya səfər etmək istəyir". Qeyd edək ki, Cəbuni Koreya prezidenti Mun Çje İn 12-21 oktyabr tarixlərində Avropa ölkələrinə, o cümlədən Fransa, İtaliya, Vatikan, Belçika və Danimarkaya səfər edəcək. Prezident administrasiyasının məlumatına əsasən, Mun Çje İn Vatikana səfəri zamanı Roma Papasına KXDR lideri Kim Çen Inın dəvətini verəcək. Geri qayıt |