Əsas Səhifə > Dünya > “Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi16-10-2018, 09:57 |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının növbəti iclası Moskvada keçiriləcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib. O, iclasın oktyabrın sonunda baş tutacağını bildirib. Kalaşnikov iclasın İrəvandan Moskvaya köçürülməsinə səbəb kimi Ermənistandakı növbədənkənar parlament seçkisini göstərib. Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı KTMT-nin İrəvandakı iclasının Ermənistanın cəzalandırılması üçün ləğv edildiyini bildirib. Geri qayıt |