Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanından ABŞ-a 100 milyon dollarlıq yardım

Səudiyyə Ərəbistanından ABŞ-a 100 milyon dollarlıq yardım


17-10-2018, 12:44
Səudiyyə Ərəbistanından ABŞ-a 100 milyon dollarlıq yardım
Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ-a Xarici İşlər naziri Mayk Pompeonun Ər-Riyada çatdığı saatlarda 100 milyon dollar yardım göndərib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Ər-Riyad rəhbərliyi Suriyada terror təşkilatı DEAŞ-dan azad edilən bölgələr üçün verməyi öhdəsinə götürdüyü yardımı Pompeonun Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ hökumətinə aid hesablara yatırıb.

Tramp rəhbərliyi sözügedən maliyyə dəstəyini uzun müddətdir tələb etsə də, Pompeonun jurnalist Camal Kaşıkçının Türkiyədə yoxa çıxması ilə bağlı səfərinə təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, 2017-ci ildə də Səudiyyə Ərəbistanı ABŞ-a 100 milyon dollarlıq yardım etmişdi.

Geri qayıt