Əsas Səhifə > Dünya > Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib
Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib22-10-2018, 15:30 |
Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası Baş nazir Tereza Meyə istefa verməsi üçün 72 saat vaxt verib. “Report”un xəbərinə görə, bunu “The Sunday Times” qəzeti yazıb. Nəşrin məlumatına görə, Mühafizəkarlar Partiyasının rəhbərliyi, o cümlədən parlament fraksiyası T.Meyin dövləti idarə etməsindən, o cümlədən Krallığın Avropa İttifaqından çıxması prosesindən (“Brext”) narazıdırlar. Partiyanın üzvü, keçmiş hərbçi Conni Merser parlament üzvlərini baş naziri hakimiyyətdən devirməyə çağırıb. Qəzetin yazdığına görə, Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson da T.Meyin istefasını tələb edir. Geri qayıt |