Əsas Səhifə > Dünya > Tramp özünü millətçi saydığını bildirib
Tramp özünü millətçi saydığını bildirib23-10-2018, 08:21 |
ABŞ prezidenti Donald Tramp özünü millətçi adlandırıb. "Report" TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Texasda çıxışında özünü qloballaşma tərəfdarları ilə müqayisə edib. O, qeyd edib ki, "radikal" demokratlar hakimiyyətin qloballaşma tərəfdarlarına qaytarılmasını istəyirlər. "Siz bilirsiniz, qloballaşma tərəfdarları kimlərdir? Qlobalist – bu, o insandır ki, bütün dünyada işlərinin yaxşı getməsini istəyir və düzünü desək, öz ölkənin qayğısına qalmır", - deyə Amerika lideri bildirib. "Biz buna icazə verə bilmirik. Siz bilirsiniz, belə bir söz var - "millətçi". Hansı ki, indi dəbdən düşüb. Və mən sizə deyirəm - hesab edilir ki, bu sözdən istifadə etmək lazım deyil, amma mən millətçiyəm. Mən millətçiyəm", - deyə Tramp bildirib. "Millətçi, bu mənim xoşuma gəlir, bu sözdən istifadə edin", - deyə ABŞ prezidenti əlavə edib. Xatırladaq ki, ABŞ prezidenti ötən il yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib. Tramp Şarlotsvildəki iğtişaşları pisləyərək, baş verənlərdə təqsirin həm millətçilərin tərəfdarlarının, həm də onların əleyhdarlarında olduğunu bildirib. Geri qayıt |