Əsas Səhifə > Dünya > Rəcəb Tayyib Ərdoğanla Devlet Bahçelinin yaratdığı ittifaq dağılıb
Rəcəb Tayyib Ərdoğanla Devlet Bahçelinin yaratdığı ittifaq dağılıb23-10-2018, 12:58 |
“Bizim ittifaqdan gözləyəcəyimiz heç nə qalmayıb”. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli təşkilatının qrup toplantısında bildirib. Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası ilə qurduqları “Cümhur ittifaqı”nın fəaliyyəti başa çatıb. Partiya lideri 2019-cu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə öz namizədləri və emblemləri ilə qatılacaqlarını vurğulayıb. Qeyd edək ki, “Cümhur ittifaqı” Türkiyədə keçirilən parlament və prezident seçkiləri zamanı Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası arasında qurulmuşdu. Ötən gün iki partiya arasında İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd və əfv məsələsində razılıq əldə edilmədiyindən “ittifaq”ın dağıldığı ehtimal olunur. Geri qayıt |