Əsas Səhifə > Dünya > Tramp "Hizbullah" tərəfdarlarına qarşı sanksiyalar haqqında qanun imzalayıb
Tramp "Hizbullah" tərəfdarlarına qarşı sanksiyalar haqqında qanun imzalayıb26-10-2018, 07:57 |
ABŞ prezidenti Donald Tramp Livanın "Hizbullah" hərəkatına dəstək verən şəxslərə qarşı sanksiyaların tətbiqini tələb edən qanun imzalayıb. "Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. "Bu gün prezident tərəfindən imzalanmış qanun "Hizbullah"ın beynəlxalq maliyyə sistemindən maliyyələşdirilməsini daha çox təcrid edəcək və onu azaldacaq", - deyə bəyanatda qeyd edilib. Bildirilir ki, sanksiyalar "Hizbullah" dəstəkləyən hökumət qurumlarına, fiziki şəxslərə, habelə narkotrafiklərə və digər transsərhəd cinayətlərə cəlb edilmiş şəbəkələrə qarşı tətbiq ediləcək. Geri qayıt |