Əsas Səhifə > Dünya > Ağ Ev Trampın telefonunun dinlənilməsi məsələsini şərh edib

Ağ Ev Trampın telefonunun dinlənilməsi məsələsini şərh edib


26-10-2018, 08:14
Ağ Ev Trampın telefonunun dinlənilməsi məsələsini şərh edib
Ağ Ev "New York Times" qəzetinin ABŞ prezidentinin şəxsi mobil telefon işlətməsi barədə məqaləsini yanlış adlandırıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açırlamasında Ağ Evin nümayəndəsi Xoqan Gidli bildirib.

X.Gidli deyib: "New York Times"ın prezidentin mobil telefonu və onun işlədilməsi barədə yazdığı məqalə yanlış məlumatdır. Prezidentin üç mobil telefon yoxdur. Onun bir rəsmi hökumət Iphon-u var".

Ağ Evin nümayəndəsi vurğulayıb ki, prezidentin istifadə etdiyi yeganə Iphone bütün təhlükəsizlik tələblərinə uyğundur.

Geri qayıt