Əsas Səhifə > Dünya > "Ölkəsində baş verənləri həyəcanla izləyirdi"

"Ölkəsində baş verənləri həyəcanla izləyirdi"


26-10-2018, 17:02
 "Ölkəsində baş verənləri həyəcanla izləyirdi"
Evlilik əməliyyatları üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna yollanan və orada cinayətə qurban gedən səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz baş verənlər haqda danışıb.

Open.az "Milliyet"ə istinadən xəbər verir ki, o, Habertürk kanalının canlı yayımında qonaq olub.

Xədicə nişanlısı Qaşıqçını izləyərək, onunla tanış olduğunu bildirib: "Onu çox yaxından təqib etdim. Camal ilə tanış olmaq istədim. Biz tanış olduğumuz zaman o, 1.5 ildir Amerikada yaşayırdı. Qısa müddət sonra "Washington Post"da yazmağa başladı. ABŞ vətəndaşı deyildi, ancaq müraciət etmişdi. Səudiyyə Ərəbistandakı ailəsinə dair çox məlumatım yoxdur. Evliliyindən çox danışmaq istəməmişdi, mən də soruşmamışdım. Yenidən evlənmək istəyirdi.

Ölkəsində baş verənləri narahatlıq və həyəcanla izləyirdi. Çox vətənpərvər olduğu yazılarından da hiss olunur. Türkiyəyə tez-tez səfər edirdi. Çünki buranı sevirdi və Türkiyədə çox dostu var idi".

Geri qayıt