Əsas Səhifə > Dünya > Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir
Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir29-10-2018, 08:46 |
Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir. Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür. Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb. Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub. Geri qayıt |