Əsas Səhifə > Dünya, Güney Press > İvanişvili Saakaşviliyə savaş elan etdi:

İvanişvili Saakaşviliyə savaş elan etdi:


31-10-2018, 10:00
İvanişvili Saakaşviliyə savaş elan etdi:
Gürcüstanın ikinci ən böyük televiziyası olan “İmedi” fövqəladə rejim vəziyyətinə keçdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu vəziyyətin prezident seçkisinin ikinci turu bitənə qədər davam edəcəyi açıqlanıb. “İmedi” belə addım atmasına səbəb kimi Mixail Saakaşvilinin ölkəyə, Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə qayıtma ehtimalını göstərib:

“Seçkiqabağı təşviqat dövrü ikinci turdan öncə xüsusilə ağır olacaq. Belə ki, seçkidə tərəflərdən biri Vahid Milli Hərəkat Partiyasıdır. “İmedi” televiziyası və onun sahibləri Vahid Milli Hərəkatın hakimiyyətdə olmasının nə olduğunu bilir və bunu üzərlərində hiss ediblər. Biz efirimizi dəyişirik və onların hakimiyyətə dönməməsi üçün çalışacağıq”.

Qeyd edək ki, “İmedi” televiziyası mərhum biznesmen Badri Patarkatişvili tərəfindən yaradılıb. “İmedi” hazırda hakimiyyətyönlü televiziya sayılır və Gürcü Arzusu Partiyasının əsas silahlarından biri hesab edilir.


Geri qayıt