Əsas Səhifə > Dünya > ABŞ Türkiyənin NATO-dan çıxmayacağına ümid edir
ABŞ Türkiyənin NATO-dan çıxmayacağına ümid edir2-11-2018, 07:52 |
Birləşmiş Ştatlar Türkiyənin NATO-dan çıxmayacağına ümid bəsləyir. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo "Tony Katz Today" radioverilişinin efirində deyib. "Ümid edirəm ki, çıxmayacaq. Bu, NATO üçün, ABŞ üçün və düşünürəm ki, ən çox da Türkiyə xalqı üçün xoşagəlməz hal olacaq", - deyə dövlət katibi Türkiyənin NATO-da gələcək aqibətinin sual altında olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib. Pompeo deyib ki, Amerika prezidenti Donald Trampın administrasiyası dövründə Türkiyə ilə münasibətlər çətin günlərini yaşayır. "Lakin bizim real olaraq uğur qazandığımız sahələr də var", — deyə Pompeo Suriyada birgə işi qeyd edərək bildirib. Bundan əvvəl Türkiyə və ABŞ prezidentləri Suriya məsələsini müzakirə ediblər. Geri qayıt |