Əsas Səhifə > Dünya > Rusiya və İran arasında Suriya üzrə danışıqlar keçirilib

Rusiya və İran arasında Suriya üzrə danışıqlar keçirilib


6-11-2018, 16:00
Rusiya və İran arasında Suriya üzrə danışıqlar keçirilib
Rusiya nümayəndə heyəti İranda Suriyaya dair danışıqlar aparıb.

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, noyabrın 5-də İrana səfər edən nümayəndə heyətində Rusiya prezidentinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, xarici işlər nazirinin müavini Sergey Verşinin və müdafiə nazirliyinin nümayəndələri yer alıb.

İran tərəfindən görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani və xarici işlər nazirinin müavini Hüseyn Cabari Ansari iştirak ediblər.

Məlumata əsasən, görüşdə Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin dördüncü zirvə toplantısının nəticələri və Suriyadakı vəziyyət müzakirə edilib.

Danışıqlar zamanı terrorizmə qarşı mübarizənin davam etdirilməsinin və Suriyada suverenliyin, müstəqilliyin, birliyin və ərazi bütövlüyünün qorunmasına əsaslanan siyasi həll yolunun tapılmasının vacibliyi vurğulanıb.

Geri qayıt