Əsas Səhifə > Dünya > ABŞ İranın Çabahar limanını sanksiya siyahısından çıxardıb
ABŞ İranın Çabahar limanını sanksiya siyahısından çıxardıb7-11-2018, 08:04 |
Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını anti-İran sanksiyalarının siyahısından çıxardıb. “Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinə istinadən RİA "Novosti" məlumat yayıb. "Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi", - deyə idarə nümayəndəsi izah edib. Onun sözlərinə görə, Amerika lideri Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur. Geri qayıt |