Əsas Səhifə > Dünya > ABŞ "Skripal işi"nə görə Rusiya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ "Skripal işi"nə görə Rusiya qarşı yeni sanksiyalar tətbiq edə bilər7-11-2018, 08:09 |
Dövlət Departamenti bəyan edib ki, Rusiya Vaşinqtonun "Skripal işi" üzrə tələblərini yerinə yetirməyib və bu səbəbdən də ABŞ yeni anti-Rusiya sanksiyaları tətbiq edə bilər. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib. "Biz kimyəvi və bioloji CBW silahının yayılmamasına dair qanunun müddəalarına uyğun hərəkət etmək niyyətindəyik və bu bizdən əlavə sanksiyaların tətbiq olunmasını tələb edir", - deyə o bildirib. Bundan əvvəl Donald Trampın müşaviri Con Bolton ABŞ-ın hələlik Rusiyaya qarşı yeni sanksiya tətbiq etməyi düşünmədiyini bildirmişdi. Geri qayıt |