Əsas Səhifə > Dünya > Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb
Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb13-11-2018, 08:18 |
Belçikada barəsində araşdırma aparılan millətçi və separatçı "Flamand arzusu" partiyasının liderlərindən olan Filipp Devinter Çinin xeyrinə casusluqda şübhəli bilinir. Bu barədə "Report" "Het Laatste Nieuws" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, Devinter 10 ildir ki, Antverpendə Çinin xeyrinə casusluqda şübhəli bilinən QHT-lərə konsultativ xidmətlər göstərir. Bildirilir ki, siyasətçi 2017-ci ildə Çindən qovulmuş və QHT-nin əsasını qoymuş Şao Çançunla sıx əlaqə saxlayıb. Həmin QHT Devinterin Çin, Qazaxıstan və Özbəkistana səfərini maliyyələşdirib. Siyasətçi bununla bağlı bütün ittihamları rədd edıb. O, ittihamları qarayaxma kampaniyası adlandırıb. Filipp Devinter bildirib ki, Çin icması ilə əlaqələrin qurulması üçün QHT əməkdaşları ilə əlaqə saxlayır. Geri qayıt |