Əsas Səhifə > Dünya > ABŞ Səudiyyə Ərəbistanını yeni sanksiyalarla hədələyib

ABŞ Səudiyyə Ərəbistanını yeni sanksiyalarla hədələyib


14-11-2018, 08:35
ABŞ Səudiyyə Ərəbistanını yeni sanksiyalarla hədələyib
Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlinə cavab olaraq bir sıra Səudiyyə məmurlarının vizalarının geri alınması ilə kifayətlənməyəcək və əlavə tədbirlər görəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

"Biz sanksiyalar barədə əvvəlcədən xəbər vermirik, lakin görəcəyimiz tədbirlər Səudiyyə Ərəbistanından olan bir sıra yüksəkçinli məmurun vizalarının geri alınması və ABŞ-a girişlərinin qadağan olunması ilə bitməyəcək", - deyə o bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasını köçürmək niyyətində olduğu bildirilib.

Geri qayıt