Əsas Səhifə > Dünya > Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib

Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib


15-11-2018, 08:01
Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib
Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Fransa prezidenti Emmanüel Makron "Şarl de Qoll" aviadaşıyıcısının göyərtəsində TF1 telekanalına verdiyi müsahibə zamanı deyib.

"ABŞ bizim tarixi müttəfiqimizdir və müttəfiqimiz olaraq da qalır. Lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Biz onlardan asılı olmamalıyıq", - deyə Makron Paris və Vaşinqton arasındakı münasibətlərin vəziyyətini şərh edərkən bildirib.

Makron ABŞ prezidenti Donald Trampın "Twitter"də onun ünvanına yazdığı tənqidlərə isə münasibət bildirmək istəməyib:

"Mən tvitlərə cavab vermək fikrində deyiləm və düşünmürəm ki, Fransa xalqı bunu məndən gözləyir".

O qeyd edib ki, "müttəfiqlər bir-birlərinə hörmətlə yanaşmalıdırlar.

"Böyük anlarda biz müttəfiq olmuşuq. Biz hər gün Suriya, İraq və Afrikada terrorçuluğa qarşı mübarizə aparmaq barədə birlikdə öhdəlik götürmüşük. Bizim əsgərlərimiz hər gün birgə hərəkət edir", - deyə o bildirib.

Bundan əvvəl Parisdə hər iki ölkə prezidenti arasında görüş olub.

Geri qayıt