Əsas Səhifə > Dünya > Rəsmi Ankara Kaşıkçı cinayəti ilə bağlı beynəlxalq istintaqın aparılmasının tərəfdarıdır
Rəsmi Ankara Kaşıkçı cinayəti ilə bağlı beynəlxalq istintaqın aparılmasının tərəfdarıdır15-11-2018, 10:03 |
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, jurnalisti Cemal Kaşıkçının qətli ilə bağlı vəziyyətin aydınlaşdırılması üçün beynəlxalq istintaqın aparılmasına çağırıb. "İlkin mərhələdə biz Səudiyyə Ərəbistanı ilə birgə istintaq qrupu yaratdıq, bu işi beynəlxalq məhkəməyə vermək niyyətində deyildik. Ancaq hazırki mərhələdə beynəlxalq araşdırmanın artıq zəruri olduğunu görürük. Bu cinayətin bütün istiqamətlərini işıqlandırmaq üçün əlimizdən gələni edəcəyik ", deyə o ölkə parlamentində çıxış edərkəın bildirib. SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Çavuşoğlu, Kaşıkçının qətli ətrafındakı vəziyyətlə bağlı hər hansı bir razılaşma əldə etmək cəhdlərinin yolverilməz olduğunu qeyd edib. Diplomat qeyd edib ki, Türkiyə cinayətlə bağlı həqiqətlərin üzə çıxarılması üçün şəffaf şəkildə araşdırma aparır. Geri qayıt |