Əsas Səhifə > Dünya > ABŞ Rusiyanı Dəməşqə təzyiq göstərməyə çağırıb
ABŞ Rusiyanı Dəməşqə təzyiq göstərməyə çağırıb15-11-2018, 10:40 |
ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffri hesab edir ki, bu ilin sonuna qədər Suriya konstitusiyasının hazırlamasına görə məsuliyyət Rusiyanın üzərinə düşür. SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Jeffri bildirib ki, ABŞ-ın Suriyadakı məqsədlərindən biri bu ilin sonuna qədər Konstitusiya komissiyasının yaradılmasıdır. Onun sözlərinə görə, bu barədə qərar İstanbulda keçirilən dördtərəfli sammitdə qəbul edilib. "Rusiya bu ilin sonuna qədər Suriyada konstitusiya komissiyasını yaratmağa görə məsuliyyət daşıyır və biz ümid edirik ki, rəsmi Moskva Dəməşq nümayəndələrini müzakirə masasına cəlb etmək üçün bölgədəki təsirindən istifadə edəcək", - Jeffri qeyd edib. Geri qayıt |