Əsas Səhifə > Dünya > Pentaqon ABŞ-ın kosmik qüvvələrinin yaradılması xərclərini açıqlayıb
Pentaqon ABŞ-ın kosmik qüvvələrinin yaradılması xərclərini açıqlayıb16-11-2018, 08:57 |
ABŞ prezidenti Donald Trampın iyunda elan etdiyi kosmik qüvvələrinin yaradılması Birləşmiş Ştatların büdcəsinə 5-10 milyard dollara başa gələcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Patrik Şanahan bildirib. Şanahanın fikrincə, Birləşmiş Ştatlar yeni qoşunlar üçün 10 milyard dollardan artıq xərcləyə bilməz. Məbləğin az olması çox yaxşı olardı. Sentyabrda ABŞ-ın hərbi hava qüvvələri naziri Hezer Uilson bildirib ki, Birləşmiş Ştatların mükəmməl kosmik qüvvələrinin yaradılması üçün 5 il ərzində təxminən 12,9 milyard dollar lazım olacaq. ABŞ prezidenti Donald Tramp iyunun 18-də kosmik qüvvələrin yaradılması haqqında sərəncam imzalayıb. Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens bildirib ki, ABŞ hökuməti onun təşkilati əsasını 2020-ci ilədək formalaşdırmağı planlaşdırır. Geri qayıt |