Əsas Səhifə > Dünya > Ukraynanın Hərbi Dəniz Qüvvələri Rusiyanı bu ölkənin gəmilərinə atəş açmaqda ittiham edib
Ukraynanın Hərbi Dəniz Qüvvələri Rusiyanı bu ölkənin gəmilərinə atəş açmaqda ittiham edib26-11-2018, 08:21 |
Ukraynanın Hərbi Dəniz Qüvvələri Rusiyanı bu ölkənin gəmilərinə atəş açmaqda ittiham edib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Dəniz Qüvvələrinin mətbuat mərkəzi "facebook"da xəbər verib. Bildirilir ki, Rusiya sərhədçiləri Azov dənizində Ukraynanın gəmi qrupuna atəş açıb. Nəticədə kiçik zirehli "Berdyansk" artilleriya kateri zərər çəkib. Məlumata görə, Ukrayna dənizçiləri arasında xəsarət alanlar var. Ukrayna prezidenti Petr Poroşenkonun mətbuat katibi Svyatoslav Çeqolko bildirib ki, dövlət başçısı Azov dənizindəki fövqəladə hadisə ilə bağlı hərbi kabinetin iclasını çağırıb. Geri qayıt |