Əsas Səhifə > Dünya > ABŞ Prezidentinin keçmiş müşaviri Rusiyanın sabiq səfiri ilə görüşün detallarını açıqlayıb

ABŞ Prezidentinin keçmiş müşaviri Rusiyanın sabiq səfiri ilə görüşün detallarını açıqlayıb


5-12-2018, 11:32
ABŞ Prezidentinin keçmiş müşaviri Rusiyanın sabiq səfiri ilə görüşün detallarını açıqlayıb
“Donald Trampın keçid komandasının bir neçə yüksək vəzifəli üzvü Rusiya səfiri və ünsiyyətdə olduqları adamlara sanksiya barədə verilən yalan informasiyanı ictimaiyyətə dəfələrlə təkrarlayıblar”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyakla danışıqları barədə xüsusi prokuror Robert Müllerə ifadəsində deyib.

Bildirilib ki, keçmiş müşavir günahını etiraf edərək, Rusiya ilə danışıqlarda Donald Trampın yaxın ətrafı, o cümlədən onun kürəkəni və köməkçisi Cared Kuşner də iştirak edib.

Məhkəmə araşdırmasına əsasən, 2016-cı ilin dekabrında Kuşner Flinnə Rusiya da daxil olmaqla bir neçə ölkənin təmsilçilərinin BMT Təhlükəsizlik Şurasının İsrailin İordan çayının Qərb sahilinə köçkünləri yerləşdirməsi haqqında qətnamə ilə bağlı görüşməyi tapşırıbmış.

Maykl Flinn Rusiyanın keçmiş səfiri Sergey Kislyakla görüşdə həmin qətnaməni lehinə və ya əleyhinə səsverməni təxirə salmasını istəyib. Məlumata görə, Kreml bu xahişi yerinə yetirməkdən imtina edib.

O, 2016-cı ilin dekabrında Kilsyakla görüşdüyünü Barak Obamanın prezidentliyi dövründə tətbiq edilən sanksiyaya görə, “qisas almamağı”xahiş edib.

İnformasiyaya əsasən, Flinn istintaq zamanı Federal Təhqiqat Bürosuna Rusiya səfiri ilə görüşündə etdiyi söhbətlər barədə yalan danışıb.

Federal bəyannamələrə uyğun olaraq, Mayklı Flinn 6 ay azadlıqdan məhrum edilə bilər. Ancaq xüsusi prokuror bildirib ki, keçmiş müşavirə minimum cəza da verilməsi mümkündür.

Qeyd edək ki, Mayklı Flinn 3 ay müşavir vəzifəsində işləyib, Rusiya ilə əlaqədar barəsində yayılan məlumatlara görə istefa verib.

Hazırda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur.

Geri qayıt