Əsas Səhifə > Dünya > ABŞ Senatı Qaşıqçının qətlində Səudiyyə vəliəhd şahzadəsini məsuliyyətli bilib
ABŞ Senatı Qaşıqçının qətlində Səudiyyə vəliəhd şahzadəsini məsuliyyətli bilib14-12-2018, 08:36 |
ABŞ Konqresinin Senatı cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, qətnamə yekdilliklə qəbul olunub. Sənəddə həmçinin Səudiyyə Ərəbisianı hakimiyyətinə jurnalistin ölümündə əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə dair çağırış yer alıb. Bundan əvvəl Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib. Geri qayıt |