Əsas Səhifə > Dünya > ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb

ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb


15-12-2018, 10:51
ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb
ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-a idxal olunan Çin məhsullarına rüsumun 10 faizdən 25 faizdək artırılmasını nəzərdə tutan sənəd 2019-ci il yanvarın 1-dən martın 2-dək təxirə salınıb.

Ancaq qərar Federal Reyesterin texnologiyalar bölümünə aid olan və artıq 25 faizlik rüsumun tətbiq edildiyi məhsullara şamil olunmayıb.

Bundan əvvəl Çin Ticarət Nazirliyi ABŞ ilə iqtisadi-ticari anlaşılmazlıqları yoluna qoymaq üçün aparılan danışıqların uğurlu keçdiyini, bundan ümidvar olduqlarını açıqlamışdı.

Geri qayıt