Əsas Səhifə > Dünya > Türkiyə Rusiyaya qarşı təhlükəli həmlə edir

Türkiyə Rusiyaya qarşı təhlükəli həmlə edir


17-12-2018, 09:15
Türkiyə Rusiyaya qarşı təhlükəli həmlə edir
Krım Tatar Məclisinin Türkiyə hökuməti tərəfindən dəstəklənməsi Rusiyaya qarşı təhlükəli həmlədir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezident Adminitrasiyasının Krımdakı daimi təmsilçisi Georgi Muradov deyib. O bildirib ki, tarix boyu Türkiyənin elit siyasi təbəqəsinin Rusiyanın ərazi bütövlüyünü sual altında qoyan addımlar atması mənfi nəticələrə gətirib çıxarıb.

O, eyni zamanda əlavə edib ki, Krım Məclisi tatarların marağını ifadə etmir və qanunsuz fəaliyyət göstərir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Krım Tatar Məclisinin liderlərindən sayılan Mustafa Cəmil ilə görüşüb və hökumətin dəstəyini qarşı tərəfə çatdırıb.

Geri qayıt