Əsas Səhifə > Dünya > BMT Baş Assambleyası qaçqınlara dair Qlobal müqavilə qəbul edib
BMT Baş Assambleyası qaçqınlara dair Qlobal müqavilə qəbul edib18-12-2018, 08:22 |
BMT Baş Assambleyası qaçqınlar haqqında Qlobal müqavilə qəbul edib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 181 ölkə sənədin lehinə, 2-si əleyhinə səs verdiyi halda, 3 dövlət bitərəf qalıb. Qaçqınlar haqqında Qlobal müqavilə qaçqın qəbul edən ölkələrin yükünü yüngülləşdirməyə və qaçqınların özləri özlərini təmin etmək qabiliyyətini yaxşılaşdırmağa yönəlib. Sənəd qaçqınların çıxdıqları ölkələrdə təhlükəsiz evə qayıtmaq üçün şəraitin yaradılmasını nəzərdə tutur. Geri qayıt |