Əsas Səhifə > Dünya > İran Türkiyənin elektrik enerjisinə ehtiyaclarını ödəməyə hazırdır
İran Türkiyənin elektrik enerjisinə ehtiyaclarını ödəməyə hazırdır21-12-2018, 08:52 |
İran Türkiyənin elektrik enerjisinə olan ehtiyaclarını ödəməyə hazırdır. Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Türkiyədə iranli biznesmenlərlə görüşü zamanı deyib. Ruhani qeyd edib ki, ölkəsi ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları İran və Türkiyə iqtisadiyyatlarının yaxınlaşması üçün bir imkan kimi istifadə edəcək. O, həmçinin, ABŞ-ın sanksiyalarını "kobud və ədalətsiz" adlandırıb. Geri qayıt |