Əsas Səhifə > Dünya > İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır
İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır24-12-2018, 08:19 |
İsrail ABŞ Silahlı Qüvvələrinin Suriyadan çıxmağa dair bəyanatından sonra, lazım gələrsə, İranın ərəb respublikasında möhkəmlənməsinə qarşı müqavimətini fəallaşdırmağa hazırdır. “Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla bazar günü yəhudi hökumətinin həftəlik iclasında baş nazir Binyamin Netanyahu çıxış edib. "İki min Amerika əsgərinin Suriyadan çıxarılması qərarı bizim davamlı siyasətimizi dəyişməyəcək: biz İranın Suriyada hərbi meydan yaratma cəhdlərinə qarşı müqavimətimizi davam etdirəcəyik və əgər lazım gələrsə, hətta orada öz fəaliyyətimizi genişləndirəcəyik", - deyə İsrail hökumətinin başçısı bildirib. Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ qoşunlarının Suriyadan çıxarmağa başladığını məlumat verib. Geri qayıt |