Əsas Səhifə > Dünya > Suriya 8 ildən sonra Ərəb Birliyinə qayıdır

Suriya 8 ildən sonra Ərəb Birliyinə qayıdır


26-12-2018, 15:51
Suriya 8 ildən sonra Ərəb Birliyinə qayıdır
2011-ci ildə Suriyanı üzvlükdən çıxaran Ərəb Birliyi 8 ildən sonra ölkəni yenidən quruma daxil etməyi planlaşdırır. FaktXəbər bildirir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Bəşər Əsədin prezidenti olduğu Suriya hökuməti gələn il birlikdə təmsil olunacaq.

Buna qədər Sudan prezidenti Ömər əl-Bəşir uzun müddətdən sonra Suriyaya səfər edən Ərəb Birliyinin ilk lideri olmuşdu.

Qeyd edək ki, Ərəb Birliyinə üzv 22 ölkə Suriyanın birliyə yenidən qəbul olunmasına razılıq versə də, ABŞ Misir və Səudiyyə Ərəbistanından məsələ ilə bağlı səsverməni təxirə salmalarını istəyib.

Geri qayıt