Əsas Səhifə > Dünya > Tramp Konqres liderlərini Ağ evə dəvət edib
Tramp Konqres liderlərini Ağ evə dəvət edib2-01-2019, 10:42 |
ABŞ Prezidenti Donald Trump Konqresin hər iki palatasının liderlərini Ağ evə dəvət edib. Onların sərhəd təhlükəsizliyini müzakirə edəcəyi gözlənir. Hazırda büdcəylə bağlı yaranmış mübahisə üzündən ABŞ hökuməti qismən bağlanıb. Yanvarın 2-də Konqresin səkkiz lideri Daxili Təhlükəsizlik Departamentində məlumatlandırılacaq. Büdcəylə bağlı tərəflər arasında hansısa danışıqların aparılacağı bəlli deyil. Sabah – yanvarın 3-də isə Konqres yeni tərkibdə bir araya gələcək, artıq Nümayəndələr Palatasında çoxluq demokratların əlindədir. Trump Meksikayla sərhədi hasarlamağa 5 milyard dollar istəyir. Konqresdəki demokratlar sərhəd məsrəflərini artırmaqdan imtina edir, hazırkı 1,3 milyard dollarlıq həddi saxlamaqda israrlıdır. Bu mübahisə üzündən ABŞ hökumətin dekabrın 22-dən qismən bağlıdır. Demokratlar hökumətin maliyyələşdirilməsi üzrə iki qanun layihəsinin qəbulunu planlaşdırıqlarını bildiriblər. Respublikaçıların nəzarət etdiyi Senat dekabrda oxşar planı qəbul edib. Geri qayıt |