Əsas Səhifə > Dünya > Rusiya Belarusu tutsa, Kiyev blokadaya düşəcək
Rusiya Belarusu tutsa, Kiyev blokadaya düşəcək5-01-2019, 10:45 |
Əgər Rusiya Belarusun ələ keçirilməsi ssenarisini reallaşdıra bilsə, Ukrayna hər tərəfdən düşmən əraziləriylə əhatələnmiş olacaq. Axar.az xəbər verir ki, bunu Yutubdakı videobloqunda çıxışı zamanı məşhur ukraynalı jurnalist Roman Çimbalyuk deyib. Onun sözlərinə görə, bu, Donbasın azad edilməsi üçün aparılan müharibənin gedişinə neqativ təsir göstərəcək: “Bizim üçün əsas olan odur ki, Belarus düşsə, biz faktiki olaraq Rusiyanın əhatəsində olacağıq. Müharibə nöqteyi nəzərincə, bu bizim faydamıza deyil. Ona görə də öz ölkəniz üçün savaşın. Kremlin Belarusu diqqət dairəsinə salmasından sonra Ukraynanın rahat nəfəs alacağını düşünmək doğru deyil. Rusiya böyük və güclü ölkədir. Söhbət hansısa pis işlərdən gedəndə onun hər şeyə gücü yetər. Ona görə də gəlin diqqətli olaq”. Geri qayıt |