Əsas Səhifə > Dünya > Çin və ABŞ Pekində ticarət danışıqlarının müddətini uzadıb

Çin və ABŞ Pekində ticarət danışıqlarının müddətini uzadıb


9-01-2019, 08:41
Çin və ABŞ Pekində ticarət danışıqlarının müddətini uzadıb
Çin və ABŞ nümayəndələri Pekində keçirilən ticari-iqtisadi məsələlər üzrə danışıqların müddətini bir gün uzadıblar.

"Report" "Global Times" nəşrinə istinadən xəbər verir ki, görüş iştirakçıları ticari mübahisələrə son qoyulmasına kömək olacaq konkret razılaşmalar əldə etmək niyyətindədirlər.

Qeyd olunur ki, Çində danışıqların yekunu üzrə əlverişli və qarşılıqlı faydalı qərarların qəbul olunacağı gözlənilir.

Daha əvvəl ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb.

Geri qayıt