Əsas Səhifə > Dünya > Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçəcək
Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçəcək11-01-2019, 08:38 |
Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir. Bəyanatda deyilir: "Namizədliklər fevralın 7-dən martın 14-nə qədər təqdim edilməlidir. Yeni prezident 2019-cu ilin yaz görüşünə qədər seçiləcək". Qeyd edək ki, Dünya Bankının yanvarın 7-si yaydığı bəyanatında hazırkı prezident Cim Yon Kimin fevralın 1-də istefaya gedəcəyi bildirilirdi. Geri qayıt |