Əsas Səhifə > Dünya > Makedoniya Parlamenti ölkənin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiq edib

Makedoniya Parlamenti ölkənin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiq edib


12-01-2019, 10:24
Makedoniya Parlamenti ölkənin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiq edib
Makedoniya parlamenti, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsin təsdiqləyib.

SalamNews-un"Anadolu"ya istinadən verdiyi xəbərə görə, qanun layihəsinin lehinə 120 deputatdan 81-i səs verib. Ən böyük müxalifət partiyasından VMRO-DPNE deputatları iclası boykot edib.

Qanun Makedoniya prezidenti George İvanovun imzalamasından sonra qüvvəyə minəcək.

Yeni qanun layihəsi ölkənin adının Makedoniya Respublikasından Şimali Makedoniya Respublikasına dəyişdirilməsini nəzərdə tutur.

Qeyd edilir ki, qərar ölkənin tezliklə Avropa İttifaqına və NATO-ya daxil olmasına şərait yaradır.

Geri qayıt