Əsas Səhifə > Dünya > İtaliya Suriya ilə diplomatik əlaqələrini bərpa etməyə hazırlaşır

İtaliya Suriya ilə diplomatik əlaqələrini bərpa etməyə hazırlaşır


12-01-2019, 11:57
İtaliya Suriya ilə diplomatik əlaqələrini bərpa etməyə hazırlaşır
İtaliya Dəməşqdəki səfirliyini yenidən açmaq üçün araşdırmalara və danışıqlara başladığını bildirib.

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Entso Moavero-Milanezi ölkə mediasına məlumat verib.

İtaliya rəsmisi bildirib ki, Suriyada vəziyyət sabitliyə doğru gedir və təbiiləşməyə başlayıb, buna görə normaldır ki, İtaliya bu ölkədə səfirliyini açmağı düşünsün.

Bu arada bir sıra Suriya və xarici KİV-lər Dəməşqdə Britaniyanın səfirlik binasında təmir işlərinin aparıldığı barədə məlumat veriblər və bildiriblər ki bu Britaniya səfirliyinin açılacağına işarədir.

Qeyd edək ki, ötən ay ərəb ölkələrindən BƏƏ və Bəhreyn Dəməşqdəki səfirliklərini rəsmən açıblar. Ötən ayda Sudan prezidnetinin Dəməşqə səfərindən sonra bu ayda da Mavritaniya prezidentinin Suriyaya səfəri planlaşdırılıb.

Bildirək ki, Suriya münaqişəsi və daxili müharibəsindən dolayı bir sıra ölkələr Dəməşqdəki səfirliklərinin işini dayandırsalar da ölkədə terror qruplaşmalarının məğlub olmasından və burada sabitliyin bərpa edilməsindən sonra həmin dövlətlər tədricən Suriya hökuməti ilə siyasi əlaqələri bərpa etmək niyyətində olduğunu bildiriblər.

Geri qayıt