Əsas Səhifə > Dünya > ABŞ-dan ziddiyyətli Suriya açıqlamaları davam edir...

ABŞ-dan ziddiyyətli Suriya açıqlamaları davam edir...


14-01-2019, 08:38
ABŞ-dan ziddiyyətli Suriya açıqlamaları davam edir...
Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ prezidenti Donald Tramp öz "Twitter" mikrobloqunda yazıb.

"[Hərbi kontingentin] Suriyadan çoxdan edilməli olan çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk", - deyə o bildirib.

Halbuki daha əvvəl ABŞ hərbçilərinin ilk qrupununun Suriyadan çıxarıldığı bildirilmişdi.

Geri qayıt