Əsas Səhifə > Dünya > İran XİN: ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür
İran XİN: ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür14-01-2019, 09:28 |
ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır. Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib. Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür: "İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək". M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb. Geri qayıt |