Əsas Səhifə > Dünya > Pompeo Yaxın Şərq səfərini yarıda qoyaraq ABŞ-a dönüb

Pompeo Yaxın Şərq səfərini yarıda qoyaraq ABŞ-a dönüb


14-01-2019, 14:25
Pompeo Yaxın Şərq səfərini yarıda qoyaraq ABŞ-a dönüb
ABŞ-ın dövlət katibi Yaxın Şərq səfərində 8 ölkəyə baş çəkməli idi. Lakin yaxınlarından birinin vəfatına görə bu səfərini yarıda qoyub.

SalamNews Küveyt mətbuatına istinadla xəbər verir ki, Mayk Pompeo Yaxın Şərq səfəri çərçivəsində bu ölkəyə səfərini ləğv edib.

Məlumata görə M.Pompeo axırıncı səfər olaraq Oman Sultanlığında bu ölkə rəsmiləri ilə görüş keçirərək, ABŞ-a dönəcək.

Bildirilib ki, onun Küveyt səfərini yarıda qoyması yaxınlarının birinin vəfatı ilə bağlıdır.

Qeyd edək ki, ABŞ dövlət katibi Yaxın Şərqin 8 ölkəsinə baş çəkməklə bir sıra region məsələlərini əsasən də İrana qarşı vahid siyasi koalisiyasının yaradılması barədə danışıqlar aparmalı idi. M.Pompeo bu səfəri çərçivəsində bildirib ki Amerika gələn ay Polşada İranla bağlı beynəlxalq zirvə konfransı keçirəcək.

Geri qayıt