Əsas Səhifə > Dünya > ABŞ Suriyada qalacağını açıqlayıb
ABŞ Suriyada qalacağını açıqlayıb17-01-2019, 12:27 |
“İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq”. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib. “İŞİD darmadağın edilib. Hərbçilərimiz evə qayıdırlar. Ancaq biz İŞİD-in iyrənc sifətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacağıq. Əsgər və koalisiyadakı tərəfdarlarımızın əldə etdikləri nailiyyətləri qoruyacağıq”, - o vurğulayıb. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədən bəhs etməyib. Xatırladaq ki, yanvarın 16-da Suriyanın Menbiç bölgəsində törədilən partlayış nəticəsində 4-ü ABŞ hərbçisi olmaqla 15 nəfər ölüb. Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. Geri qayıt |