Əsas Səhifə > Dünya > Suriya, tədbir görülməzsə Təl-Əviv hava limanının vurulacağını bildirib
Suriya, tədbir görülməzsə Təl-Əviv hava limanının vurulacağını bildirib23-01-2019, 09:57 |
“Dünya ictimaiyyəti və BMT Təhlükəsizlik Şurası İsrailin davamlı təcavüzləri haqda hərəkətə keçib tədbir görməsə Suriyanın da haqqı var ki, Təl-Əviv hava limanını vursun” SalamNews SANA-a istinadla xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar əl-Cəfəri deyib. Ötən gün BMT TŞ-da çıxışı zamanı İsrailin Suriya ərazisinə xüsusilə də Dəməşqin beynəlxalq hava limanına intensiv təcavüzlərinə diqqət çəkərək, beynəlxalq ictimaiyyətin tədbir görməyəcəyi təqdirdə Təl-Əviv hava limanını vuracaqlarını bildirib. O bildirib ki, Suriyanın da təcavüzlərə cavab vermək, eynilə İsrailin Dəməşq hava limanını vurduğu kimi Təl-Əviv hava limanını vurmağa haqqı çatır. Qeyd edək ki, İsrail iki gün öncə Suriyada bir sıra hərbi obyektləri 30-dan çox raketlə hədəfə almışdı. Suriya havadan müdafiəsi bu raketlərin böyük əksəriyyətinin zərərsizləşdirildiyini bildirib. Suriyanın Colan Yüksəkliklərini işğal altında saxlayan İsrail bu hücumda İran qüvvələrini və onlara dəstək verən yerli qüvvələri vurğuduğunu bildirir. Lakin rəsmi mənbələr ölən və yaralananların suriyalı hərbçilər olduğunu deyiblər. Geri qayıt |