Əsas Səhifə > Dünya > Kerri Trampdan istefayə getməyi tələb edib

Kerri Trampdan istefayə getməyi tələb edib


23-01-2019, 10:22
Kerri Trampdan istefayə getməyi tələb edib
FaktXəbər-in "CNBS" telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-ın sabiq dövlət katibi Con Kerri Davosda Keçirilən Ümumdünya iqtisadi forumunda çıxışı zamanı ölkə prezidenti Donald Trampdan istefayə getməyi tələb edib.

Məlumatda bildirilir ki, sabiq dövlət katibi bu bəyanatı ölkədə davam edən siyasi böhran fonunda verib.

Qeyd edək ki, dekabrın 22-i ABŞ federal hökuməti (Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi və s.) öz işini qismən dayandırıb.

Geri qayıt