Əsas Səhifə > Dünya > Venesuela ABŞ ilə diplomatik əlaqələri kəsib

Venesuela ABŞ ilə diplomatik əlaqələri kəsib


24-01-2019, 08:17
Venesuela ABŞ ilə diplomatik əlaqələri kəsib
Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

“Report” xəbər verir ki, onun sözlərini "El Nacional" nəşri sitat gətirib.

"Mən ABŞ-ın diplomatik korpusuna ölkəni tərk etmək üçün 72 saat vaxt verirəm", - deyə Maduro bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

***

ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaidoya təhvil verməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Venesuela xalqının Nikolas Maduronun diktaturasından kifayət qədər əziyyət çəkdiyini deyib.

"Venesuela xalqı Nikolas Maduronun faciəvi diktaturasından kifayət qədər əziyyət çəkib. Biz Maduronu getməyə və xalqın iradəsini təmsil edən qanuni liderə yol açmağa çağırırıq. ABŞ prezident Quaidonu ölkə azad və ədalətli seçkilərə hazırlaşıncaya qədər, Venesuelaya rəhbərlik edəcək keçid hökumətinin formalaşdırılmasında dəstəkləyir", - deyə o bildirib.

Daha əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Geri qayıt