Əsas Səhifə > Dünya > Dünya Venesuelaya görə ikiyə bölündü
Dünya Venesuelaya görə ikiyə bölündü24-01-2019, 08:41 |
Meksikanın Xarici İşlər Nazirliyi (XİN) müxalifət liderinin özünü prezident vəzifələrinin icraçısı elan etməsindən sonra Nikolas Maduroya qarşı siyasətini dəyişmək üçün bir əsas görmədiklərini bəyan edib. “Report” xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Roberto Velasko deyib. "Meksika hökuməti Nikolas Maduronu əvvəlki kimi Venesuelanın prezidenti olaraq tanıyır. Buna görə də federal rəhbərlik Cənubi Amerika ölkəsində vəziyyətə müdaxilə etməmə siyasətində dəyişiklikləri nəzərdə tutmur", - deyə o bildirib. Kubanın xarici siyasət idarəsi də Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyib. Ölkənin xarici işlər naziri Bruno Rodriqes ölkəsinin Venesuelanın qanuni prezidenti Nikolas Maduronu tam dəstəklədiyini bildirib: "Kubanın qanuni prezident Nikolas Maduroya, dövlət çevrilişinə cəhd fonunda tam dəstək və həmrəyliyini ifadə edirik. Venesuela xalqının suveren iradəsi imperialist müdaxilələr üzərində qalib gələcək. Tarix sui-qəsdi təşviq edən və tanıyanları qınayacaq". *** "Lima qrupu"nun 11 iştirakçı ölkəsi Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıyıb. “Report” xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir. "Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru hökumətləri, bu gün konstitusiya normaları və Nikolas Maduro rejiminin qeyri-qanuniliyinə müvafiq olaraq Bolivarian Respublikası prezidenti vəzifələrini müvəqqəti olaraq öz üzərinə götürən Milli Assambleya sədri Xuan Quaidonu tanıyır və onu tam dəstəkləyir", — deyə məlumatda qeyd olunub. Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. *** Gürcüstan Venesuela Milli Assambleyasının spikeri Xuan Quaidonu hazırkı dövlət başçısı Nikolas Maduronun əvəzinə bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb. “Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib. "Gürcüstan Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyır və Venesuela xalqının azadlıq və demokratiya uğrunda mübarizədə səsləndirdikləri bəyanatları alqışlayır", - deyə Zalkaliani "Twitter"də yazıb. Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. Geri qayıt |