Əsas Səhifə > Dünya > Facebook, Instagram və Wikipedia da Maduronu prezidentlikdən `çıxardı`
Facebook, Instagram və Wikipedia da Maduronu prezidentlikdən `çıxardı`24-01-2019, 10:17 |
ABŞ prezidenti Donald Trampın Venesuela dövlət başçısı Nikolas Maduronu yox sayaraq, ölkə Parlameetinin rəhbəri Xuan Quaidoyu ölkənin müvəqqəti prezidenti kimi tanımasından sonra Facebook və Instagram Maduronun onaylanmış hesablarından mavi işarəni götürüb. Beləliklə, ABŞ-ın Venesuella ilə bağlı qərarını dəstəklədiyini göstəriblər. Qeyd edək ki, Venesuella Milli Məclisinin sədri və müxalifət lideri Xuan Quaido özünü müvəqqəti prezident elan etməsindən sonra Tramp onu rəsmən dövlət başçısı kimi tanıdığını bildirib. Maduro buna cavab olaraq ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib. Wikipedia da Facebook və Instagram-a qoşularaq, səhifəsində Venesuella Dövlət başçısı kimi Maduronu çıxardaraq, yerinə Xuan Quaidoyu əlavə edib. Geri qayıt |