Əsas Səhifə > Dünya > Tramp hasara �?böyük pul’ istəyir
Tramp hasara �?böyük pul’ istəyir25-01-2019, 09:00 |
ABŞ Prezidenti Donald Trump deyir ki, hökumətin açılmasına görə qısamüddətli sazişə getməyəcək, belə bir sənəd cənub sərhədinin hasarlanmasına “böyük məbləğdə pul” nəzərdə tutmalıdır. Bu bəyanatla Ağ evin sözçüsü Sarah Sanders yanvarın 24-də çıxış edib. Həmin gün Senatda respublikaçıların lideri Mitch McConnell və demokratların lideri Chuck Schumer kompromis əldə etmək üçün görüşüb. Yanvarın 24-də Senat hökumətin 34 günlük qismən qapadılmasına son qoymaqdan ötrü demokrat və respublikaçıları təkliflərini rədd edib. Bu, ABŞ tarixində ən uzun şatdaun sayılır. 800 min federal işçi bu həftə də pula ala bilməyəcəklər. Ticarət naziri Wilbur Ross yanvarın 24-də məcburi məzuniyyətə buraxılmış işçilərə müraciətlərə deyib ki, xərclərini ödəməkdən ötrü kredit götürsünlər. O, CNBC-yə müsahibəsində əlavə edib ki, indiyədək işçilərin niyə problem yaşadığını anlamır. Nümayəndələr Palatasının spikeri Nancy Pelosi isə bu sözləri pisləyib. “Bu, �?Qoy tort yesinlər’, yaxud �?Pul üçün atanıza zəng edin’ deməkdirmi?” – Pelosi mətbuat konfransında deyib. Geri qayıt |